13 
Apr
2021
01:00
472
18
4618
Virtual karabakh

Ermənistanın müharibədəki itkiləri 8.5 min nəfərə çata bilər – İDDİA

13 Apr, 2021
01:00
4618

Ermənistanın müharibədəki itkiləri 8.5 min nəfərə çata bilər – İDDİA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın verdiyi canlı qüvvə itkisi 8.5 min nəfərə çata bilər.

Bu barədə “Yerevan Speaks” “Telegram” kanalı məlumat yayıb.

Kanal qeyri-müəyyən mənbəyə istinadən bildirib ki, son müharibə zamanı Ermənistan tərəfindən 8472 nəfər ölüb, 13 min nəfər yaralanıb, 3 000 nəfər itkin, 500 nəfər isə əsir düşüb.

Qeyd olunub ki, hələ 2020-ci ilin noyabr ayında Ermənistanın Vatikandakı səfiri Mikael Manukyan hərbi əməliyyatlarda 4750 nəfərin öldüyünü bildirmişdi.

Ölkənin Müdafiə Nazirliyinin martın 31-nə olan son məlumatında isə ölənlərin sayı 3049 nəfər göstərilib. Həmçinin 3723 cəsəd və qalıqların tibbi ekspertizasının başa çatdığı bildirilib.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri