Apr
2015
12:17
98
13
3119
Virtual karabakh

Müdafiə Nazirliyinin nümayəndəsi Belarusda Milli Qəhrəmanın məzarını ziyarət etdi

7 Apr, 2015
12:17
3119

Müdafiə Nazirliyinin nümayəndəsi Belarusda Milli Qəhrəmanın məzarını ziyarət etdi

Gəncə şəhərində küçəyə onun adı verilib.

Azərbaycanın Milli Qəhrəmanının yubileyi şərəfinə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani Belarusa səfər edib. “Azərbaycan İcmalarının Konqresi” Regionlararası İctimai Təşkilatının (RİT) nümayəndələri ilə bərabər 2015-ci ilin mart ayının 28-də qəhrəman Davidoviç Anatoli Nikolayeviçin doğma kəndi Slutskda yerləşən məzarını ziyarət ediblər.  

Oxu.Az xəbər verir ki, tədbirdə Slutsk şəhərinin Administrasiyasının rəhbərinin müavini, “Azərbaycan İcmalarının Konqresi” RİT nümayəndələri İlham Hacıyev, Mirəli Mirəliyev, Mahmudov Elman, Tərlanov Zaur, eləcə də qəhrəmanın anası Davidoviç Klavdiya Andereyevna, qardaşı və qohumları iştirak ediblər. Qəhrəmanın məzarı qarşısında Azərbaycan Respublikasının Müdafiə nazirinin polkovniki Abdulla Qurbani, “Azərbaycan İcmalarının Konqresi” RİT-nin sədr müavini Hacıyev İlham çıxış ediblər.

Qəhrəmanın anası Davidoviç Klavdiya Andereyevna Azərbaycan Respublikasının “Mehriban ana” ordeni ilə təltif edilib.

Xatırladaq ki, mart ayının 28-i Azərbaycanın Milli Qəhrəmanı Anatoli Davidoviçin ad günüdür.

O, 1965-ci ildə Minsk vilayətinin Slutsk şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 18 yaşlı Anatoli Sovet ordusu sıralarına xidmətə çağırılıb. Almaniyaya düşüb, SSRİ Qərb qoşunları qrupunda xidmət edib. 1989-cu ildə Azərbaycana köçürülüb. Anatolinin xidmət etdiyi alay Gəncədə yerləşirdi.

Mayor Anatoli Davidoviç Azərbaycan Respublikası Silahlı Qüvvələrinə 1992-ci ildə daxil olub, 930 saylı hərbi hissədə artilleriya qərargahının rəisi olub, top artilleriya mütəxəssislərinin hazırlanmasında nailiyyətlərə malikdir.

Azərbaycan ordusu Ağdam istiqamətində hücuma keçdiyi zaman Anatoli xüsusi qəhrəmanlıq göstərib. Naxçevanik kəndi ətrafında gənc mayor şəxsən düşmənə məxsus bir neçə hərbi texnikanı məhv edib, ermənilərə qarşı döyüşüb.   

1992-ci ilin iyun ayının 9-da Ağdamda qəhrəmancasına döyüşən Anatoli ağır yaralanır, həmin ilin iyunun 13-də vəfat edir. Öz vətənində - Belarus Respublikasında dəfn edilir.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 3 iyul tarixli 24 saylı Fərmanı ilə mayor Davidoviç Anatoli Nikolayeviç ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. Gəncə şəhərində küçəyə onun adı verilib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri