Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakının mərkəzindəki tanklar – FOTOREPORTAJ
Azərbaycan Hərb Tarixi Muzeyi Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 oktyabr 1992-ci il “Müstəqil Dövlətlər Birliyinin VI Ordu Qarnizonunun “Döyüş Şöhrəti” Muzeyinin Təhvil Alınması haqqında 418 n-li əmrinə əsasən” 10 dekabr 1992-ci ildə təşkil olunub.
Muzey təşkil olunarkən Azərbaycan Hərb Tarixinə aid eksponatlar yox idi. Hazırda muzey kollektivinin zəhməti sayəsində muzey fondunda eksponatların sayı 11000-nə yaxındır.
Bu gün muzeydə 5 ədəd tank, 9 ədəd zirehli transportyor (BTR kimi tanınır – red.) və piyadaların döyüş maşını (BMP - red.), 16 ədəd top, 6 təyyarə, 4 helikopter, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinə aid 6 ədəd müxtəlif hərbi texnika nümayiş etdirilir.
Muzeyin daxili ekspozisiyasında “Qədim və Erkən Orta Əsrlər dövrü”, “Xanlıqlar dövrü”, “1801-1918-ci illər”, “1918-1920-ci illər”, “1920-1939-cu illər”, “1939-1945-ci illər”, “1946-1991-ci illər”, “1992-2008-ci illər”, “Heydər Əliyev və Ordu Quruculuğu”, “Quru Qoşunları”, “Hərbi Dəniz Qüvvələri”, “Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri” ilə bağlı zallar fəaliyyət göstərir.
Yuxarıda qeyd etdiyim kimi muzeydə müxtəlif illərdə silahlanmada olmuş hərbi texnika nümunələri yer alıb
SSRİ ordusunun silahlanmasına qəbul edilmiş ilk helikopterlərdən olan Mi-2
Ka-27 helikopteri, bu gün ordumuzun silahlanmasında bu helikopterin daha təkmil versiyaları var
Sürəti saatda 3000 kilometri ötən MiQ-25 qırıcısının mühərrikləri – 170 sm boya malik insan bu mühərrikin içində ayaq üstə rahat dayana bilər – təyyarə çox nəhəngdir
Mi-8 helikopteri. Bu gün ordumuzun silahlanmasında daha müasir Mi-17 helikopterləri də var
Mi-24 helikopteri. Əfqanıstan müharibəsinin əsas simvolu, əsgərlər arasında “Krokodil” – “Timsah” kimi tanınan döyüş maşını.
Qeyd edim ki, Qarabağ müharibəsində də Mi-24 ordumuzun silahlanmasında olub və düşmənə zərbələrin endirilməsində istifadə edilib. Bu gün isə Azərbaycan ordusu Mi-24 helikopterinin ən müasir, döyüş imkanları qat-qat artırılmış yeni versiyalarına malikdir.
Çoxlu sayda müxtəlif çaplı toplar
“Triton” tipli kiçik sualtı qayıq, daha çox kəşfiyyat əməliyyatlarında istifadə olunub
Hava hücumundan müdafiə qoşunlarının silahlanmasında olan sistemlər – radarlar, S-125, Strela tipli raket kompleksləri
Müxtəlif növ təyyarələr - MiQ-15
Və əfsanəvi MiQ-21
Piyadaların döyüş maşınları – 1, 2 və 3-cü buraxılış modellər
Zirehli transportyor
SU-100 – İkinci Dünya Müharibəsində tanklara qarşı ən effektli özüyeriyən artilleriya qurğusu
T-35-85. Məşhur T-34 tankının 85 mm-lik topla silahlanmış versiyası.
Bir zamanlar Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun komandanlıq etdiyi briqada da alman faşistləri ilə bu tipli tanklarla döyüşüb. Ümumiyyətlə, T-34-85 İkinci Dünya Müharibəsinin ən yaxşı tankı hesab edilir.
İS-3.
Belə bir əfsanə dolaşır ki, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra keçmiş müttəfiqlər getdikcə güclənməkdə olan SSRİ-yə qarşı müharibəyə başlamaq və həmin müharibədə əsir almanlardan da istifadə etmək istəyirlərmiş. Lakin 7 sentyabr 1945-ci ildə SSRİ Berlində keçirilən qələbə paradında ilk dəfə özünün İS-3 tipli yeni, ağır tanklarını nümayiş etdirir. Bu tankları görən müttəfiqlər SSRİ-yə qarşı müharibəyə başlamaq fikrindən çəkinirlər.
Müxtəlif illərdə silahlanmada olmuş T-54
Və T-62 tankları
T-72. Hazırda bu tipli tankların müasirləşdirilmiş, ən yeni versiyaları ordumuzun silahlanmasındadır
Muzeyin daxilində şəhidlərimiz, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Milli Qəhrəmanlarımız unudulmayıblar
Qeyd etmək lazımdır ki, muzeydə həmçinin Azərbaycanın tarixinə, tarixi şəxsiyyətlərimizə böyük yer ayrılıb
Tariximizi əks etdirən ekspozisiyalar
Muzeyin əməkdaşı
Muzeyin hazırkı direktoru, ehtiyatda olan polkovnik, Qarabağ qazısı Əzizağa Qənizadə
701-ci Briqadanın 1993-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığı əks etdirən rəsm...
Bu barədə isə bizim ayrıca geniş və çox maraqlı bir yazımız olacaq... Hələlik isə bu qədər.
Elvin Şirinli
Foto: Həsən Həsənov, Fuad Qasımov
www.oxu.az
"Bakı" teqi üzrə xəbərlər
- Evdən qaçdıqları deyilən qızlarla bağlı yeni məlumat: Üçüncüsü də TAPILDI
- Tokayev: "Bakı və İrəvan arasında sülh sazişi layihəsi danışıqlarının başa çatmasını alqışlayırıq"
- "Red Wings" aviaşirkəti Moskva və Bakı arasında müntəzəm uçuşları bərpa edir
- Bakıda zəcirvari qəza baş verdi: Bir maşın AŞDI
- Bakının hansı əraziləri fərdi yaşayış evi tikmək üçün əlverişlidir?