19 
Sen
2018
21:08
37
181
9880
Virtual karabakh

Yeni qlobal maliyyə böhranının tarixi açıqlandı

19 Sen, 2018
21:08
9880

Yeni qlobal maliyyə böhranının tarixi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yeni qlobal maliyyə böhranı yaxın iki ildə baş verə bilər.

Oxu.Az Business Insider nəşrinə istinadən xəbər verir ki, bunu amerikalı milyarder, Bridgewater Associates investisiya şirkətinin qurucusu Rey Dalio deyib. 

O bildirib ki, iqtisadi dövr bir neçə mərhələdən ibarətdir. İlk mərhələdə istehsalatdan gələn gəlirlə birgə borclar artır, aktivlərin dəyəri yüksəlir. Artan borclara görə isə mərkəzi banklar pul-maliyyə siyasətini sərtləşdirir.

Sonradan uçot dərəcəsi az qala sıfıra enir. İqtisadiyyat tənəzzül mərhələsinə qədəm qoyur, mərkəzi banklar isə aktivləri almaqla, kəmiyyət yumşalması siyasətinə keçir.

Dalionun fikrincə, indiki durum ötən əsrin 30-cu illərini xatırladır. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri