“Space X” kosmik şirkətinin təsisçisi və rəhbəri İlon Mask gələcəkdə çox sayda insanın Marsa uça biləcəyini açıqlayıb. Onun sözlərinə görə, bunun üçün həmin şəxsin evini satıb, satışdan əldə etdiyi gəlirə kosmik uçuş bileti alması kifayət edəcək.
Bu barədə “Hi-News” məlumat yayıb.
Şirkət rəhbəri Marsa səyahət edəcək insanlara xüsusi bonus da təklif edib. Mask Qırmızı planetdən Yerə qayıtmağa görə heç bir haqqın tutulmayacağını deyib.
“Twitter”də izləyicilərindən birinin sualını cavablandıran Mask Mars və ya Aya şirkətin hazırladığı kosmik gəmilərlə uçuş qiymətinin kosmik uçuşların həcmindən asılı olacağını dilə gətirib.
“Əminəm ki, bir gün Marsa uçuş 500 min dollardan az, bəlkə hətta 100 min dollardan az başa gələcək”, - deyə Mask yazıb.
“Space X” şirkəti gələcəkdə “Starship” gəmilərinin köməyi ilə bir uçuşa yüzlərlə insanı Marsa çatdırmaq niyyətindədir. Bu yaxınlarda şirkət ən güclü dartıcı qüvvəsi olan “Raptor” mühərrikinin alovlandırma sınaqlarını keçirib. Həmin raketlərdən mart ayında suborbital sınaq uçuşlarında istifadə olunacaq.
Very dependent on volume, but I’m confident moving to Mars (return ticket is free) will one day cost less than $500k & maybe even below $100k. Low enough that most people in advanced economies could sell their home on Earth & move to Mars if they want.
— Elon Musk (@elonmusk) 11 February 2019
Rəylər