18 
Fev
2019
15:46
126
30
2026
Virtual karabakh

Peskov Türkiyə qəzetində jurnalist işləmək istəyib

18 Fev, 2019
15:46
2026

Peskov Türkiyə qəzetində jurnalist işləmək istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidentinin türk dilində səlis danışa bilən mətbuat katibi Vladimir Peskov əvvəllər Türkiyə qəzetində jurnalist kimi fəaliyyət göstərməyi nəzərdən keçirib.

RİA Novosti”nin məlumatına görə, bu barədə o, “Hürriyet” qəzetinə verdiyi müsahibədə danışıb.

D.Peskovun sözlərinə görə, söhbət “Milliyet” qəzetinin Moskva ofisindən gedir.

“Orada mənim dostum Cenk Başlamış işləyirdi. Özüm də xəbərlərlə maraqlanırdım”, - deyə Peskov izah edib.

Bu arada, rusiyalı liderin mətbuat katibi heç vaxt jurnalistika üzrə təhsil almadığını etiraf edib.

“Jurnalistika mənim üçün terra inkoqnita (lat. “naməlum məkan” - red.) olaraq qalır”, - deyə Peskov əlavə edib.

D.Peskov türk dili üzrə praktiki bacarıqlarını itirməmək üçün mütəmadi olaraq Türkiyə qəzetlərini oxuduğunu, “Hürriyet”, “Sabah” və “Cumhuriyet”e üstünlük verdiyini bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri