ABŞ prezidenti Donald Tramp “Apple” şirkətinin baş direktoru Tim Kukun soyadını unudub.
Lenta.ru-nun məlumatına görə, Ağ Ev rəhbəri ona “Tim Eppl” deyə müraciət edib.
Qeyd edək ki, ABŞ-ın texnologiya nəhəngi - “Apple” şirkətinin rəhbəri Vaşinqtonda Əmək Nazirliyinin iclasında hesabatla çıxış edib. Çıxışı zamanı T.Kuk şirkətin tədrislə bağlı təşəbbüslərinin uğurundan söz açıb.
“Siz, həqiqətən, bizim ölkənin inkişafına böyük töhfə verirsiniz. Biz bunu çox yüksək qiymətləndiririk, Tim Eppl”, - deyə Tramp bildirib.
Tramp ilk dəfə deyil ki, belə gülünc vəziyyətə düşür. O, 2017-ci ildə BMT Baş Assambleyasında iştirak edən afrikalı ölkə liderləri ilə keçirdiyi görüş zamanı Qambiya və Namibiya sözlərini qarışdıraraq, Nambiya adlı mövcud olmayan ölkənin adını çəkmişdi.
Tramp yenə adları qarışdırdı - VİDEO
Rəylər