21 
Noy
2019
19:17
116
50
12797
Virtual karabakh

Rusiya Ankaraya şərtini açıqladı: Su-35 almaq üçün...

21 Noy, 2019
19:17
12797

Rusiya Ankaraya şərtini açıqladı: Su-35 almaq üçün...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya Türkiyəyə beşinci nəsil Su-57 qırıcıları alması şərtilə dördüncü nəsil Su-35 qırıcıları satacaq. 

Oxu.Az xəbər verir ki, bu sözləri “Rostex”in beynəlxalq əməkdaşlıq və regional siyasət üzrə direktoru Viktor Kladov deyib. 

“Türkiyə müasir aerokosmik texnologiyalarının əldə edilməsinə çox diqqət yetirir. Onlar öz təyyarələri üzərində çalışırlar, öz təyyarələrini inkişaf etdirmək istəyirlər.

Bizim Türkiyənin Su-57 almağı da planlaşdırması şərtilə Su-35-lərlə bağlı ilkin danışıqlarımız var. Niyə də olmasın?

ABŞ-ın Türkiyəyə F-35 təyyarələrinin çatdırılması planlarının ləğvini elan etməsindən sonra bu məsələyə birbaşa maraq yaranıb”, - Kladov bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri