ABŞ-ın keçmiş prezidenti Cimmi Karter sidik yolları infeksiyası ilə xəstəxanaya çatdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Karter Mərkəzinin saytı informasiya yayıb.
Məlumata görə, keçmiş prezident Corciya ştatında yerləşən “Phoebe Sumter” tibbi mərkəzinə aparılıb.
Xəstəxanadan Karterin özünü qənaətbəxş hiss etdiyi və müəyyən prosedurlardan sonra evə buraxılacağı bildirilib.
Rəylər