19 
Yan
2020
05:07
153
30
3916
Virtual karabakh

Demokratlar Trampın impiçmenti sənədini Senata göndərdilər

19 Yan, 2020
05:07
3916

Demokratlar Trampın impiçmenti sənədini Senata göndərdilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Demokratlar Senata ABŞ lideri Donald Trampın impiçmenti ilə bağlı ətraflı əsaslandırılmış sənədi göndəriblər.

RİA “Novosti”nin məlumatına əsasən,111 səhifəlik sənəd Nümayəndələr Palatasının Kəşfiyyatı üzrə Komitəsinin saytında yerləşdirilib.

“Prezident J.Tramp şəxsi siyasi mənfəətinə görə ABŞ-da seçkilərə müdaxilə məqsədilə xarici hökumətə təzyiq üçün rəsmi səlahiyyətlərindən istifadə edib. Sonra o, Konqresə  pozuntuları araşdırmağa mane olmaqla, bu planını gizlətməyə çalışıb”, - deyə sənəddə bildirilir.

Qeyd edilir ki, Konstitusiyaya əsasən,  prezident səlahiyyətlərindən bu cür ciddi şəkildə sui-istifadə etdikdə, ona impiçment elan edilə və vəzifədən kənarlaşdırıla bilər.

“Senat 2020-ci ildə ABŞ-da seçkiləri, bizim konstitusiya idarə üsulumuzu qorumaq və prezidentin milli təhlükəsizliyimizə təhdid etdiyi təhlükəni aradan qaldırmaq üçün Konstitusiyanın təklif etdiyi bu imkandan istifadə etməlidir”, - sənəddə vurğulanır.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri