İyl
2020
14:42
406
43
3466
Virtual karabakh

Serbiyada koronavirusa qarşı tədbirlərə etiraz: Paytaxt əhalisi ayağa qalxdı

8 İyl, 2020
14:42
3466

Serbiyada koronavirusa qarşı tədbirlərə etiraz: Paytaxt əhalisi ayağa qalxdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Serbiyanın paytaxtı Belqrad şəhərinin mərkəzində kütləvi iğtişaşlar baş verib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Şəhər sakinləri Serbiya Prezidenti Aleksandr Vuçiçin hakimiyyətin koronavirusa qarşı yeni məhdudiyyətlər tətbiq etmək niyyətini açıqlamasından sonra küçələrə çıxıblar.

Nümayişçilərin bir qismi ilə polis arasında münaqişə baş verib, bəziləri isə hətta Serbiya parlamenti binasının zalına qədər daxil ola bilib. Qərara etiraz edən vətəndaşlar üç polis maşını və bir neçə zibil qutusunu da yandırıblar. Cavab olaraq Serbiya polisi gözyaşardıcı qazdan istifadə edib.

Serbiya DİN-in məlumatına görə, parlament binası yaxınlığına 5 000 etirazçı gəlib. Parlament binasına daxil olmağı bacaranlar isə artıq saxlanılıblar.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri