Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Kosmonavt SSRİ-nin süqutu barədə kosmosda xəbər tutmasından danışdı
Rusiyalı kosmonavt, “Roskosmos”un icraçı direktoru Sergey Krikalyov SSRİ-nin dağılması dövründə “Mir” stansiyasında uçuşda olarkən Yerdə baş verən siyasi dəyişiklikləri necə öyrəndiyini açıqlayıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Biz Yerdə baş verən dəyişikliklərdən xəbərdar idik. Ola bilər ki, həmin vaxtkı dəyişiklikləri lazımi qədər qiymətləndirməmişdik”, - deyə kosmonavt bildirib.
Onun sözlərinə görə, SSRİ-nin dağılması ilə bağlı məlumatlar onun üçün arxa planda qalıb, çünki kosmik stansiyada işlə bağlı birbaşa vəzifələri ilə məşğul olub.
Ən çox oxunanlar
Rəylər