14 
Sen
2020
15:12
131
168
1905
Virtual karabakh

KİV: “İran Süleymaninin ölümünə cavab olaraq ABŞ səfirinə sui-qəsd hazırlayır”

14 Sen, 2020
15:12
1905

KİV: “İran Süleymaninin ölümünə cavab olaraq ABŞ səfirinə sui-qəsd hazırlayır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran rəhbərliyi İslam İnqilabı Keşikçiləri Korpusunun “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsinə cavab olaraq ABŞ-ın Cənubi Afrika Respublikasındakı səfiri Lana Marksa sui-qəsd təşkil edilməsi imkanlarını nəzərdən keçirir.

Bu barədə “Politico” qəzeti ABŞ xüsusi xidmət orqanlarına istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ kəşfiyyatı hələ yaz aylarından səfirin həyatına qarşı təhlükənin olduğunu bilir, lakin son bir neçə həftədə hazırlanan hücumla bağlı daha konkret məlumatlar ortaya çıxıb. ABŞ hakimiyyətinin iddiasına görə, diplomatın öldürülməsi ilə bağlı sövdələşmədə İranın Cənubi Afrika Respublikasındakı səfirliyinin də əli ola bilər.

Bununla belə, ABŞ xüsusi xidmət orqanları hədəf olaraq nə üçün Lana Marksın seçildiyini tam şəkildə bilmirlər. Lakin bunda Lana Marksın Donald Trampla dost olmasının böyük rolu olduğu istisna edilmir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri