Türkiyənin "Qalatasaray" klubu Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə rəsmi "X" hesabında paylaşım edib.
Oxu.Az xəbər verir ki, klubun paylaşımında "Dost və qardaş ölkə Azərbaycanın Zəfər Günü mübarək!" sözləri yer alıb.

"Fənərbağça" klubu da 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
İstanbul təmsilçisinin paylaşımında isə "Canımız, qardaşımız Azərbaycanın 8 Noyabr - Zəfər Günü mübarək!" sözləri qeyd olunub.

Qaynar xətt:
(055) 224 12 12