19 
Sen
2020
22:38
41
288
8361
Virtual karabakh

Koronavirusun müalicəsində istifadə olunan dərmanın ölümcül təhlükəsi aşkarlanıb

19 Sen, 2020
22:38
8361

Koronavirusun müalicəsində istifadə olunan dərmanın ölümcül təhlükəsi aşkarlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirus infeksiyasının müalicəsində istifadə olunan “Azitromisin” antibiotiki digər dərmanlarla birlikdə qəbul edilərsə, infarkta səbəb ola bilər.

“JAMA Network Open” jurnalının məlumatına görə, İllinoys Universitetinin alimləri apardıqları tədqiqatlardan sonra belə bir nəticəyə gəliblər.

Mütəxəssislər “Azitromisin” qəbul edən 44 milyon xəstənin məlumatlarını analiz ediblər. Məlum olub ki, bu antibiotiki ürəyin elektrik impulslarını təsir edən preparatlarla (təzyiq dərmanları, antidepresanlar, malyariya əleyhinə dərmanlarla) qəbul etmək ürək-damar sisteminin işinin pozulması riskini 40% artırır.

Alimlər bunun fəsadı kimi ürək dayanması, huşitirmə, ürək çırpıntısı və ürək tutmalarını göstəriblər.

Qeyd edək ki, bundan əvvəl amerikalı kardioloqlar həkimlərə ürəyin işini poza biləcəyi riski ilə “Xloroksin” və “Azitromisin” yazarkən diqqətli olmağa çağırmışdı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri