Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.
"Qarabağın azadlığının altıncı ildönümündə qardaş Azərbaycan xalqını və dövlətini Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Vətən torpağı uğrunda canlarından keçən bütün qəhrəmanları dərin hörmət və ehtiramla anırıq", - deyə paylaşımda qeyd olunub.

Qaynar xətt:
(055) 224 12 12