Noy
2020
22:57
2703
44
7814
Virtual karabakh

Ərdoğan: “Mübarizəmiz uğura çatanda Türkiyə siyasi və iqtisadi cəhətdən dünyanın ən böyüklərindən olacaq”

1 Noy, 2020
22:57
7814

Ərdoğan: “Mübarizəmiz uğura çatanda Türkiyə siyasi və iqtisadi cəhətdən dünyanın ən böyüklərindən olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İqtisadiyyatımıza qarşı hücumların əvəzi oldu, hədəflərimizə çatmaq üçün sürətlə irəliləyərkən bizi yavaşlatdılar, ancaq ölkəmizi bu mübarək yoldan geri çevirə bilmədilər”.

“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Millətimizin birliyini poza bilmədilər. Qurduqları tələləri pozduq. Türkiyəni qəyyumluqla əsir edə bilmədilər, Türkiyəni terrorla diz çökdürə bilmədilər, Türkiyəni çevrilişlə yıxa bilmədilər, Türkiyəyə təhdidlə, mühasirə ilə, embarqo ilə qandal vura bilmədilər, Türkiyəni iqtisadiyyatla da məğlub edə bilməyəcəklər. Apardığımız mübarizəni uğura çatdıranda Türkiyə siyasi və iqtisadi cəhətdən dünyanın ən böyükləri arasına özünə yer tapacaq”, - deyə R.Ərdoğan bildirib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri