11 
May
2021
11:40
51
401
10104
Virtual karabakh

Rusiyada məktəbə silahlı basqın: Şagirdləri öldürən şəxs saxlanıldı - YENİLƏNİB + VİDEO

11 May, 2021
11:40
10104

Rusiyada məktəbə silahlı basqın: Şagirdləri öldürən şəxs saxlanıldı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən orta məktəbə silahlı hücumu həyata keçirən yeniyetmə saxlanılıb.

“RİA Novosti” agentliyi bu barədə hüquq mühafizə orqanlarına istinadən xəbər yayıb.

Qeyd edək ki, ən son məlumatlara görə, məktəbdə baş verən atışma nəticəsində səkkiz şagird və bir müəllim öldürülüb. 

11:27

Rusiyanın Kazan şəhərində yerləşən orta məktəblərin birinə daxil olan silahlı şəxs şagirdlərə atəş açmağa başlayıb.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məktəb binasında olan şagirdlər və müəllimlər silahlı şəxsdən xilas olmaq üçün özlərini pəncərədən küçəyə atıblar.

Son məlumata görə, silahlı hücum nəticəsində altı şagird və bir müəllim öldürülüb.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri