Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əkrəm İmamoğluna həbs cəzası verildi
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) bələdiyyə başçısı Əkrəm İmamoğlu Türkiyə ali seçki qurumunun üzvlərini təhqir etdiyi üçün 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Qərar Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilərsə, Ali Məhkəməyə təqdim olunacaq.
Əgər Ali Məhkəmə də qərarı təsdiq edərsə, İmamoğlu siyasətdən uzaqlaşdırılacaq.
Qeyd edək ki, Türkiyə qanunlarına görə, məhkəmə qərarı yalnız qərardan şikayət proseduru bitdikdən sonra qüvvəyə minir. Bu isə o deməkdir ki, İmamoğlu dərhal həbs olunmayacaq.
Mənbə: Haber Global
"Ali Məhkəmə" teqi üzrə xəbərlər
- Məhkəmə-Hüquq Şurası ilə Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb
- Azərbaycanda ilin hakimləri bəlli oldu
- Azərbaycanda fəaliyyət göstərən hakimlərin sayı açıqlanıb
- "Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi" işçi qrupunun növbəti iclası keçirilib
- Azərbaycanda universitetin korrupsiyaya görə həbs olunan şöbə müdirinə güzəşt olmadı - SON QƏRAR
Ən çox oxunanlar