Noy
2023
23:44
7
76
1071
Virtual karabakh

Fransa Senatı mübahisəli immiqrasiya qanun layihəsinin müzakirəsinə başlayıb

6 Noy, 2023
23:44
1071

Fransa Senatı mübahisəli immiqrasiya qanun layihəsinin müzakirəsinə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa senatorları ölkədə mübahisə doğuran immiqrasiya haqqında yeni qanun layihəsini nəzərdən keçirməyə başlayıblar.

Layihənin qəbuluna etiraz edən çoxsayda nümayişçi bazar ertəsi Senatının qarşısında toplaşıb.

Ölkədə müzakirələrə səbəb olan qanun layihəsində miqrantların deportasiyası prosesinin sürətləndirilməsi nəzərdə tutulur. Buraya həm də işçi qüvvəsi çatışmazlığı olan sahələrdə artıq işləyən qeyri-qanuni mühacirlərə daimi yaşayış icazəsi almağa imkan verən müddəa daxildir.

Həmçinin, yeni layihə qeyri-qanuni miqrantların Fransada üç ay qaldıqdan sonra iddia edə biləcəyi tam ictimai səhiyyə xidmətinin ləğvini tələb edir.

“Bu qanun layihəsi insanları dövlət tibbi yardımından məhrum etməyi təklif edir... Amma əgər immiqrant yoluxucu xəstəlik daşıyıcısıdırsa, deməli, bütün əhali risk altındadır, immiqrantların sağlamlığı həm də Fransa xalqının sağlamlığıdır”, - etiraza gələn Abubakar Dembele deyib.

İnsan haqları təşkilatları hesab edirlər ki, qanun layihəsinin bəzi müddəaları sığınacaq axtaranların hüquqlarını pozur. Onların fikrincə, yeni layihə hakimiyyətin açıq-aşkar riyakarlığıdır. Belə ki, bir tərəfdən qeyri-leqal işçilər deportasiya ediləcək, digər tərəfdən yaşayış icazəsi olmayan, lakin əmək müqaviləsi bağlayan və əmək haqqı vərəqələri alan işçilərdən vergilər və sosial sığorta haqları toplanacaq.

Fransa Senatının qanun layihəsinə noyabrın 14-dək baxacağı, sonra isə Milli Assambleyaya göndəriləcəyi gözlənilir.

Mənbə: euronews.com

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri