Dek
2023
14:08
187
114
1084
Virtual karabakh

İsrail kəşfiyyatı bütün dünyada HƏMAS üzvlərini “ovlayacaq”

1 Dek, 2023
14:08
1084

İsrail kəşfiyyatı bütün dünyada HƏMAS üzvlərini “ovlayacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrail kəşfiyyatı Qəzzada əməliyyat başa çatdıqdan sonra Fələstinin HƏMAS təşkilatının dünya üzrə liderlərinin izinə düşməyə və onları məhv etməyə hazırlaşır.

Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri İsrail rəsmilərinə istinadən məlumat verib.

Məlumata görə, ölkənin kəşfiyyatı İsrail Baş naziri Benyamin Netanyahunun göstərişi ilə 10 ildir HƏMAS-ın Livan, Türkiyə və Qətərdə yaşayan liderlərinin axtarışı üçün planlar hazırlayır.

Bildirilir ki, bu kampaniya İsrailin onilliklər boyu davam edən gizli əməliyyatlarının davamı olacaq. İddia olunur ki, yəhudi dövlətinin hakimiyyət orqanları bəzən diplomatik böhran yaratmamaq üçün uzun illər Qətər, Livan, İran, Rusiya və Türkiyədə yaşayan fələstinli döyüşçülərə hücum etməkdən çəkiniblər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri