Fev
2024
17:40
71
118
588
Virtual karabakh

ABŞ və Böyük Britaniya Yəməndəki husi hədəflərinə bir sıra zərbələr endirib

8 Fev, 2024
17:40
588

ABŞ və Böyük Britaniya Yəməndəki husi hədəflərinə bir sıra zərbələr endirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının (husilər) hədəflərinə silsilə hücumlar həyata keçirib.

Qırmızı dəniz sahilində yerləşən Hodeyda əyalətinin Ras İsa liman ərazisi ən azı üç hava hücumuna məruz qalıb. Mümkün itkilər, xəsarət alanlar və dağıntılar barədə hələlik məlumat verilmir.

Qəzza zolağında qarşıdurmanın şiddətlənməsindən sonra “Ənsar Allah” hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəyini və əlaqəli gəmilərin Fələstin anklavında əməliyyatlar dayandırılmayana qədər Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə icazə verməyəcəyini bildirib. Ötən il noyabrın ortalarından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum ediblər.

Mənbə: Gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri