11 
Fev
2024
11:55
414
5
1344
Virtual karabakh

İndoneziya Fransa qırıcılarından imtina etdi

11 Fev, 2024
11:55
1344

İndoneziya Fransa qırıcılarından imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndoneziya büdcə məhdudiyyətləri və hakimiyyət orqanlarının mövcud təyyarələri modernləşdirmək niyyəti səbəbindən Qətərdən 790 milyon dollara Fransa istehsalı 12 ədəd “Mirage 2000-5” döyüş təyyarəsi almaq planlarından imtina edib.

Bu barədə İndoneziya Müdafiə Nazirliyinin nümayəndəsi məlumat verib.

Cakarta hava hücumundan müdafiə sistemindəki boşluğu doldurmaq məqsədilə 2023-cü ilin yanvarında Qətərdən ikinci əl döyüş təyyarələri almaq üçün müqavilə bağlayıb. Sənədə həmçinin 14 mühərrikin tədarükü, üç illik texniki yardım, yerüstü dəstək avadanlığı və ekipaj hazırlığı daxil idi. Qırıcılar müqavilənin imzalandığı tarixdən iki il ərzində təhvil verilməli idi.

Bildirilir ki, bu mübahisəli sövdələşmə köhnə təyyarələrin alınmasına qarşı çıxan İndoneziya millət vəkillərinin etirazına səbəb olub.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri