22 
Fev
2024
15:32
15
386
2402
Virtual karabakh

KİV: Fransanın Ermənistana göndərdiyi yeni silah partiyası bu gün İrəvana çatacaq

22 Fev, 2024
15:32
2402

KİV: Fransanın Ermənistana göndərdiyi yeni silah partiyası bu gün İrəvana çatacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün - fevralın 22-də Fransa Ermənistana yeni silah partiyası göndərəcək.

Məlumata görə, Fransa tərəfi İrəvana 250 kilometr məsafədə rəqibin təyyarələrini aşkar etməyə imkan verən üç ədəd “Ground Master” radarı (GM 200), həmçinin gecəgörmə cihazları və durbinlər göndərəcək.

Həmçinin qeyd edilir ki, tərəflər arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişində Fransa ordusunun bu il erməni hərbçiləri üçün 3 dağ döyüş hazırlığı kursu keçirməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2023-cü il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı Ermənistan və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Mənbə: Le Figaro

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri