23 
Fev
2024
12:48
50
130
2905
Virtual karabakh

Gəmiricilər Qərbin Ukraynaya verdiyi döyüş texnikalarını sıradan çıxarıblar

23 Fev, 2024
12:48
2905

Gəmiricilər Qərbin Ukraynaya verdiyi döyüş texnikalarını sıradan çıxarıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gəmiricilər Qərbin Ukraynaya verdiyi müasir döyüş maşınlarını sıradan çıxarıblar”.

Bu barədə Fransanın hərbi mənbələrindən birindən bildirilib.

Məlumata görə, elektrik naqilləri üçün bəzi qoruyucu örtüklər qarğıdalı lifindən hazırlanır, bu isə gəmiricilərin bəzi maşınlarda kabelləri çeynəməsinə səbəb olur.

“Bu, əlahiddə hadisədir, lakin Qərbin hərbi texnikasının real vəziyyətindən xəbər verir. Ekoloji məsuliyyət müharibəyə yaxşı tab gətirmir. Qərb avtomobilləri texnologiya nümayişi kimi nəzərdə tutulurdu. Amma palçıqda və soyuqda bu heç də həmişə nəticə vermir”, - deyə mənbədən vurğulanıb.

Eyni zamanda, Fransa hərbçiləri Ukrayna ordusunda hələ də sovet hərbi texnikasının olduğunu qeyd ediblər.

Dekabrda Ukraynanın cəbhə xəttindəki mövqelərinin siçanlar, siçovullar və ilanların hücumuna uğradığı barədə xəbərlər yayılmışdı.

Mənbə: Le Figaro

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri