28 
Fev
2024
21:47
188
33
1682
Virtual karabakh

Berbok: “Ermənistan və Azərbaycanın davamlı sülhə nail olmaq imkanı var”

28 Fev, 2024
21:47
1682

Berbok: “Ermənistan və Azərbaycanın davamlı sülhə nail olmaq imkanı var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın xarici işlər naziri Annalena Berbok hesab edir ki, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması mümkündür.

Onun sözlərinə görə, Almaniya münaqişənin həlli istiqamətində hər iki tərəfi dəstəkləməyə davam etmək niyyətindədir.

“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın uzun illər davam edən ağrılı münaqişədən sonra hazırda davamlı sülhə nail olmaq imkanı var”, - deyə Berbok Berlində iki ölkənin xarici işlər nazirləri ilə görüşündə bildirib.

Almaniyanın xarici siyasət idarəsinin rəhbəri hər iki ölkənin böyük iztirab və insan itkiləri ilə dolu keçmişi geridə qoymaq üçün atdığı cəsarətli addımlardan danışıb. O deyib ki, irəli getmək qətiyyət tələb edir.

Mənbə: TASS

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri