Mar
2024
19:00
37
128
1159
Virtual karabakh

Almaniyada əsgər dörd nəfəri güllələyib - VİDEO

1 Mar, 2024
19:00
1159

Almaniyada əsgər dörd nəfəri güllələyib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya ordusunun əsgəri Aşağı Saksoniyada keçmiş sevgilisi, uşağı, keçmiş sevgilisinin yeni əri və onun anası da daxil olmaqla dörd nəfəri güllələyib.

Hadisə martın 1-də səhər tezdən Aşağı Saksoniya əyalətinin Şessel icması və Botel kommunasında baş verib. Cinayətkarın alman ordusunun əsgəri olduğu üzə çıxıb.

Hərbçi saxlanılıb, cinayətin motivi hələlik məlum deyil.

Aşağı Saksoniya ştatının Rotenburq şəhərindəki Bundesver kazarmasında şübhəlinin arsenaldan partlayıcı maddələr və silahları çıxarmış ola biləcəyinə görə paralel araşdırma aparılır.

Mənbə: Bild

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri