Mar
2024
19:32
97
55
1605
Virtual karabakh

Fransa hökuməti narahatdır: Korsikaya əlavə qüvvələr göndərilir

1 Mar, 2024
19:32
1605

Fransa hökuməti narahatdır: Korsikaya əlavə qüvvələr göndərilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa hökuməti Korsikada baş verənlərdən narahatlığını nümayiş etdirir.

Belə ki, Korsikada Fransa siyasətinə etiraz olaraq növbəti aksiyanın keçirilməsi planlaşdırılır. Bununla bağlı olaraq Fransa hökuməti adaya əlavə qüvvələr göndərir.

Parisdə “Şarl de Qoll” hava limanında çəkilən bir fotonu buna sübut kimi göstərmək olar. Fotoda xüsusi xidmət orqanları əməkdaşlarının təcili olaraq Korsikaya göndərilməsinin görüntüləri yer alıb.

Beləliklə də, belə bir nəticə çıxarmaq olar ki, Fransa hökuməti narahatdır və Korsika ərazisinə əlavə qüvvələr səfərbər edir.

Son məlumata görə, Korsikada hava limanında pasport yoxlanışı tətbiq edilir. Qeyd edək ki, əvvəl belə yoxlanışlar olmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri