Mar
2024
02:13
243
24
10070
Virtual karabakh

Rusiya və Fransa qırıcılarının “toqquşduğu” görüntülər yayıldı - FOTO/VİDEO

2 Mar, 2024
02:13
10070

Rusiya və Fransa qırıcılarının “toqquşduğu” görüntülər yayıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanın “Mirage 2000-5” qırıcı təyyarələri Baltik dənizi üzərində Rusiyanın iki “Su-30” qırıcısı və bir “An-72” nəqliyyat təyyarəsinin hərəkətini əngəlləyib.

Fevralın 29-da Polşanın şimalında beynəlxalq hava məkanında baş verən insidentlə bağlı video və fotolar NATO-nun “X” (Twitter) hesabında paylaşılıb.

“Baxın, dünən Baltik dənizi üzərində Fransanın iki “Mirage 2000-5” qırıcısının Rusiyanın iki “Su-30” təyyarəsinin qarşısını alması necə görünür. Bundan dərhal sonra Fransa qırıcıları yeni missiyaya göndərilib və orada da Polşanın şimalında beynəlxalq hava məkanında uçan Rusiyanın “An-72” təyyarəsinin qarşısı alınıb”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Fransa hərbi təyyarələri alyansın hava məkanının təhlükəsizliyini təmin etmək məqsədi daşıyan “NATO hava polisi” missiyası çərçivəsində NATO-nun bir sıra üzv ölkələri sırasındadır. Bu missiyalar Rusiyanın 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra gücləndirilib.

Mənbə: Myc.news

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri