Mar
2024
11:48
77
8
982
Virtual karabakh

Almaniyada klinikada pasiyentləri girov saxlayan 65 yaşlı qadın ələ keçdi - VİDEO

5 Mar, 2024
11:48
982

Almaniyada klinikada pasiyentləri girov saxlayan 65 yaşlı qadın ələ keçdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Axen şəhərində Luisen klinikasında barrikada quran və hüquq-mühafizə orqanları ilə əlaqə saxlamayan 65 yaşlı qadın saxlanılıb.

Bu barədə martın 5-də Köln polisinin press-relizində məlumat verilib.

Şöbədən verilən məlumata görə, o, martın 4-də silah, iri kamikadze kəməri və başqa bir naməlum əşya ilə xəstəxanaya daxil olub. Qadın tibb müəssisəsinin əməkdaşlarını hədələyib, daha sonra xəstələrin palatasına keçib, pirotexniki əşya yandırıb və dəhlizə atıb.

Yerli mediada onun 10-20 nəfər girov saxladığı barədə məlumatlar yayılmışdı.

Polislərin onunla ünsiyyət qurmaq cəhdləri uğursuzluğa düçar olub. Nəhayət o, əlində şübhəli əşya ilə təhlükəsizlik əməkdaşlarına tərəf getdikdə polis ona qarşı silah tətbiq etməli olub. Nəticədə qadın ağır yaralanıb. Sonradan məlum olub ki, partlayıcı kəmər saxta, silah isə boş olub.

İstintaq zamanı o da məlum olub ki, hadisə baş verən gün səhər saatlarında 65 yaşlı qadının mənzili yanıb. Hazırda yanğını onun özünün törətdiyi ehtimal olunur.

Müstəntiqlər onun xəstəxanaya əvvəlcə intihar niyyəti ilə gəldiyini də güman edirlər.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq başladılıb.

Mənbə: İz.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri