Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ermənistan bankları Rusiya kartlarına xidməti dayandırır
Ermənistan bankları martın 30-dan etibarən Rusiyanın “Mir” ödəniş kartlarına xidmət göstərməyi dayandıracaqlar.
Bu barədə Rusiya tərəfinə rəsmi bildiriş göndərilib.
Bildirilib ki, bundan sonra Ermənistanda yalnız bir bank - VTB Ermənistan Bankı (Rusiya VTB-sinin törəmə müəssisəsi) respublika ərazisində Rusiya kartları ilə işləməyə davam edəcək.
Həmçinin, qeyd olunan müddətədək “Mir” kartı sahibləri hələ də Ermənistan maliyyə infrastrukturundakı əsas xidmətlərdən istifadə edə bilirlər.
Xatırladaq ki, daha əvvəl “Mir” ödəniş sisteminin kartları ilə əməliyyatların dayandırılması barədə Qazaxıstanın “Bereke Bank”ı və “Freedom Finance” bankı məlumat verib. 2024-cü il fevralın 23-də ABŞ Maliyyə Nazirliyi “Mir” ödəniş sisteminin operatoru “Milli Ödəniş Kartı Sistemi” ASC-ni sanksiyalar siyahısına əlavə edib.
Mənbə: TASS
Rəylər