29 
Mar
2024
20:04
76
157
993
Virtual karabakh

IRNA: “Azərbaycan tezliklə Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək” - FOTO

29 Mar, 2024
20:04
993

IRNA: “Azərbaycan tezliklə Tehrandakı səfirliyinin fəaliyyətini bərpa edəcək” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tehran və Bakı arasında əlaqələrdə müsbət yöndə razılaşmalar əldə olunub və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq”.

Bu barədə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə IRNA agentliyinə müsahibəsində bildirib.

“Daha böyük əməkdaşlıq istiqamətində müsbət yöndə razılaşmalar əldə olunub. Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tezliklə öz fəaliyyətini bərpa edəcək. Gündəlikdə həmçinin iki ölkə rəsmiləri arasında diplomatik və rəsmi görüşlərin keçirilməsi də dayanır”, - deyə o qeyd edib.

Mənbənin məlumatına görə, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin missiyası başa çatıb.

“Mövcud razılaşmalar çərçivəsində ölkəmizin yeni səfiri Bakıya göndəriləcək”, - deyə mənbə əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri