Apr
2024
06:46
19
72
3494
Virtual karabakh

ABŞ-də uçan körpünün peykdən çəkilmiş şəkli yayılıb - FOTO

3 Apr, 2024
06:46
3494

ABŞ-də uçan körpünün peykdən çəkilmiş şəkli yayılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-nin Merilend ştatının Baltimor şəhərində uçmuş körpünü əks etdirən peyk şəkli paylaşılıb.

Həmin şəkli Rusiyanın “Roskosmos” Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyası “Telegram” kanalında məlumat yayıb.

Qeyd olunur ki, Sinqapur bayrağı altında Baltimordan Şri-Lankanın ən böyük şəhəri Kolomboya üzən 300 metr uzunluğunda “MV Dali” konteyner gəmisi körpünün dayaq tiri ilə toqquşub.

Hazırda liman bağlıdır. Dəniz gəmiləri estakadalarda ilişib qaldığı müddətcə və çayın dibi dağıntılar təmizlənənə qədər naviqasiya mümkün olmayacaq.

Liman və şəhər rəhbərliyi əsas kanalın şimal-şərq hissəsində müvəqqəti kanal yaratmağı planlaşdırır ki, bu da ən vacib yükləri daşıyan gəmilərin oradan keçməsinə imkan verəcək.

Xatırladaq ki, martın 26-da konteyner gəmisi Patapsko çayı üzərindəki Fransis Skott Ki adına körpüyə çırpıldıqdan sonra onun konstruksiyası uçub.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri