Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
"Haber Global"a danışan siyasətçi: "Azərbaycanın tələbləri haqlıdır"
Türkiyənin "Haber Global" telekanalında Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibə ictimai müzakirəyə çıxarılıb.
Oxu.Az xəbər verir ki, müzakirələrdə ekspertlər İranda bəzi dairələrin Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyi fikirləri, İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı verdiyi mesajları, həmçinin Azərbaycan liderinin Suriya hadisələrində Türkiyə ilə bərabər yürütdüyü siyasəti müzakirə ediblər.
Verilişin qonağı, siyasətçi Masum Türker Azərbaycana məxsus təyyarənin Rusiya səmasında hücuma məruz qalması ilə əlaqədar Bakının Moskva qarşısında qaldırdığı tələblərin, həmçinin İranda Azərbaycan səfirliyinə hücumunda ittiham edilən şəxsin tezliklə layiqli cəza almasına dair tələbin tamamilə haqlı olduğunu vurğulayıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- "Haber Global"da Əsma Əsədin Britaniya kəşfiyyatı ilə gizli münasibətləri müzakirə edilib
- Tehranın "yanacaq oyunu"nun səbəbi: İrəvanın hədəfi
- Türkiyədə ünvanı bilməyən şəxs güllələndi
- Türkiyədən təhlükəli görüntülər: Yerli sakin təkbaşına yaxınlıqdakı canavar sürüsünü lentə aldı
- İstanbulda tələsdiyini əsas gətirən şəxs polisin avtomobilini oğurladı, hadisəni kameraya çəkdi
Rəylər