Sakit Okeanın Marian çökəkliyində yerləşən eyniadlı adalarda 6,8 bal gücündə güclü zəlzələ baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Təbii fəlakətin episentri 48 min nəfərdən çox əhalisi olan Saypan adasından 434 km şimal-qərbdə olub.
Bildirilir ki, yeraltı təkanların episentri 233 km dərinlikdə olub. Sunami təhlükəsi elan edilib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Almaniya Yer Elmləri Tədqiqat Mərkəzi (GFZ) isə zəlzələnin 6,9 bal gücündə olduğunu bildirib.
Rəylər