Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda keçmiş məhkum altı kiloqram narkotiklə TUTULDU
Polis əməkdaşları Bakıda əməliyyat keçirib, altı kiloqram narkotik aşkarlanıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin ilk günlərində həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 49 yaşlı Zaur Əzizov saxlanılıb. Ondan 2 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə olan həşiş qətranı və 4 kiloqrama yaxın marixuana aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Z.Əzizov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Siyəzən polisindən növbəti əməliyyat: Külli miqdarda narkotik vasitə aşkarlandı
- Masallı sakinindən 10 kiloqram narkotik vasitə aşkarlanıb
- Baş Narkotiklərlə Mübarizə İdarəsinin ƏMƏLİYYATI - İrandan göndərilən 32 kq narkotik aşkarlandı
- Filippinin sabiq prezidenti həbs edildikdən sonra Haaqaya uçdu
- İrandan Azərbaycana narkotik keçirmək istəyənlər saxlanılıblar