Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Yeni Klinika" əməkdaşlarının MAAŞLARI VERİLMİR: "Ödənişi qeyri-müəyyən vaxta qədər uzadıblar"
"Yeni Klinika"nın əməkdaşları əməkhaqqılarının gecikməsindən şikayətçidirlər.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, maaşların gecikməsinin səbəbi və nə vaxt veriləcəyi ilə bağlı işçilərə heç bir məlumat verilmir.
"Mart ayı olmasına baxmayaraq, hələ də fevral ayı üçün əməkhaqqını almamışıq. Əməkhaqqılarımızın ödənişi qeyri-müəyyən vaxta qədər uzadılıb. Maaşların ləngiməsi isə kredit ödənişlərimizin gecikməsinə, üstünə faiz hesablanmasına səbəb olur".
"Yeni Klinika"nın Mətbuat Xidmətinin rəhbəri Nuridə Allahyarova Oxu.Az-ın mövzu ilə bağlı sorğusunu gün ərzində cavablandıracağını bildirsə də, sonradan heç bir cavab vermədi.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Abşeronda 500-ə yaxın sakin çarəsiz vəziyyətdə: "Gərək araba alaq"
- Şirkət rəhbəri vətəndaşları necə aldadıb?
- Qobu qəsəbəsinin KEÇİLMƏZ YOLLARI: "Nəinki piyadaların, heç avtomobillərin hərəkəti MÜMKÜN DEYİL"
- Vətən müharibəsi iştirakçısı icra hakimiyyətindən şikayətçidir: "Mənə kömək edən yoxdur"
- Ağdaşda məktəblilər üçün böyük TƏHLÜKƏ: "Piyada nişanı var, xətti isə yoxdur"