Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan Prezidenti: "Ümid edirik ki, bu il biz AÇG-də "Dərin Qaz" layihəsindən ilk qazı alacağıq"
"Ümid edirik ki, bu il biz AÇG-də "Dərin Qaz" layihəsindən ilk qazı alacağıq və bu, bütövlükdə qaz hasilatına gözəçarpan töhfə olacaq".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.
"Bununla belə, "Şahdəniz"in hələ də əsas qazı təchiz edən yataq kimi qalacağını nəzərə alsaq, biz "Abşeron"da qaz hasilatının 1,5-dən 5 milyard kubmetrə qədər artırılması məqsədilə tərəfdaşlarla çalışmağı planlaşdırırıq", - deyən dövlətimizin başçısı əlavə edib ki, bununla yanaşı, "Qarabağ", "Babək", "Asiman" və digər yataqlar kimi çox perspektivli layihələr var. Bu, potensialımızı artıracaq.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezidentin Mətbuat Xidməti XII Qlobal Bakı Forumundan videoçarx paylaşıb
- İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib
- İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
- İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib