Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Polisə tabesizlik göstərib qaçan sürücü ilə bağlı AÇIQLAMA
Bakıda motosiklet sürücüsünün polisə tabesizlik göstərib yüksək sürətlə hadisə yerindən qaçmasına rəsmi reaksiya verilib.
Bakı Şəhər DYP İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, videogörüntü bir müddət əvvəl qeydə alınıb.
"Polisin qanuni tələbinə əməl etməyən sürücü barəsində qanunamüvafiq tədbir görülüb", - deyə baş inspektor bildirib.
Bakıda motosiklet sürücüsü polisə tabesizlik göstərib, yüksək sürətlə hadisə yerindən qaçıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Görüntülərdən aydın olur ki, Dövlət Yol Polisi əməkdaşı qaydaları pozan motosikleti saxlayır, lakin buna məhəl qoymayan sürücü polisə tabe olmayaraq, saatda 160 km sürətlə ərazidən qaçır.
Həmin görüntüləri təqdim edirik:
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda "BakuBus" avtobusu park halında olan avtomobillərə çırpıldı
- Zaqatalada ağır qəzada xəsarət alanların son vəziyyətləri açıqlanıb
- Bakı-Quba yolunda AĞIR QƏZA - Yanacağı bitən yük maşını qəzaya düşdü
- TƏBİB-də işə qəbul olduğunu qeyd edib qayıdarkən dəhşətli qəzada ölübmüş - TƏFƏRRÜAT
- Zaqatalada üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var