Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

AZAL təyyarəsinin qəzasında yaralananların son durumu AÇIQLANDI
"Bakı-Qroznı reysini yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alanlardan 2 nəfərin (qadın cinsli) müalicəsi "Yeni Klinika"da davam etdirilir".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, reanimasiya şöbəsində müalicə alan şəxsin vəziyyəti ağır stabil, stasionar şöbədə müalicəsi davam etdirilən şəxsin vəziyyəti isə qənaətbəxş olaraq dəyərləndirilir:
"Stasionar şöbədə müalicə alan Nurullah Siracov və Müslimat Siracova fizioterapevtik müalicənin davam etdirilməsi məqsədilə bu gün TƏBİB-in tabeliyindəki Tibbi Reabilitasiya Mərkəzinə köçürülüblər".
Qeyd edilib ki, ümumilikdə, təxliyə edilən 17 yaralıdan 13 nəfəri artıq ambulator müalicə üçün evə yazılıb:
"Onların sağlamlıq durumları yaşadıqları ərazi üzrə müvafiq sahə həkimləri tərəfindən nəzarətdə saxlanılır".
Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Aləmdə Nəsib
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın sülhməramlı fəaliyyət zonasına göndəriləcək
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib