Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Aİ-nin 12 ölkəsi seçkiyə xarici müdaxiləyə görə Avropa Komissiyasına çağırış etdi
Avropa İttifaqının 12 ölkəsinin nazirləri Avropa Komissiyasını (AK) qarşıdan gələn Avropa Parlamentinə seçkini xarici müdaxilədən qorumaq üçün səlahiyyətlərindən istifadə etməyə çağırıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi Fransa, Almaniya, Niderland, Belçika, Kipr, Xorvatiya, Çexiya, Danimarka, Yunanıstan, Rumıniya, Sloveniya və İspaniya nazirlərinin iştirakı ilə hazırlanmış məktuba istinadən xəbər verib.
Bildirilir ki, məktubda onlar AK-dan xarici informasiya manipulyasiyaları və müdaxilələrə qarşı mübarizə üçün xüsusi orqan yaratmağı tələb ediblər.
Məmurlar Avropa Komissiyasını Aİ-nin Rəqəmsal Xidmətlər Aktı çərçivəsində səlahiyyətlərindən istifadə etməyə çağırıblar.
Məktubda qeyd olunur ki, əsasən Rusiya və Çin tərəfindən planlaşdırıldığı iddia edilən son seçki insidentləri səbəbindən təcili tədbirlər görülməlidir.
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Avropa ABŞ-nin 200% gömrük rüsumları ehtimalına münasibət bildirdi
- Öz ayıblarına kor olan Avropa Parlamentinin Azərbaycana "hərbi əsir" təzyiqi
- İdeyasız qalan erməni lobbisi, diasporu: Yeni hədəf Vardanyanın pullarıdır
- XİN: "Ermənistan Azərbaycanla sərhəddə üçüncü qüvvələrin olmamasını qəbul edib"
- Aİ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır