Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Əli Əsədov: "Hazırda Azərbaycanın süni intellekt strategiyasını hazırlayırıq"
"Biz hazırda Azərbaycanın süni intellekt strategiyasını hazırlayırıq".
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Baş nazir Əli Əsədov "Digital Almaty 2025" beynəlxalq rəqəmsal forumunda çıxışında deyib.
O bildirib ki, Azərbaycan rəqəmsal inkişafa dövlət strategiyasının əsas elementi kimi xüsusi əhəmiyyət verir.
"Bu il yanvarın 16-da "Rəqəmsal İnkişaf Konsepsiyası" təsdiqlənib. Bu sənəd ölkənin bu sahədə görüləcək işlərin strateji prioritetlərini müəyyən edən rəqəmsal transformasiyası üçün əsas istiqamətləndirici oldu. Rəqəmsal inkişaf strategiyasının əsas yönlərindən biri süni intellektdir. Hazırda Azərbaycanın süni intellekt strategiyasını hazırlayırıq. Əsas diqqət süni intellekt texnologiyalarının tətbiqinin xidmətlərin səmərəliliyini və keyfiyyətini əhəmiyyətli dərəcədə artıra biləcəyi prioritet sektorların müəyyənləşdirilməsinə yönəlib. Bunlar, ilk növbədə, səhiyyə, nəqliyyat və təhsil sahələridir. Biz, eyni zamanda, müasir və çevik qanunvericiliyin hazırlanmasına və tətbiqinə xüsusi diqqət yetiririk. Xüsusilə, rəqəmsal formatda bir sıra sənədlərin istifadəsi üçün hüquqi əsas yaradılıb", - deyə hökumət başçısı vurğulayıb.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Əli Əsədov: "Deputatların səsləndirdiyi bəzi fikirlərilə razı deyilik"
- Milli Məclis Azərbaycan hökumətinin hesabatını qəbul etdi
- Ötən il deputatlardan hökumətə neçə müraciət daxil olub? - Baş nazir AÇIQLADI
- Əli Əsədov: "Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib"
- Baş nazir: "İşğaldan azad edilmiş ərazilərdə 2 615 ailə evlə təmin edilib"