Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Adi duzun alternativini qəbul etmək milyonlarla insanın ömrünü uzada bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) adi duzu aşağı natrium tərkibli alternativlərlə əvəz etmək üzrə yeni tövsiyələr verib.
Oxu.Az ÜST-nin saytına istinadla xəbər verir ki, bu tədbir ürək-damar xəstəlikləri riskini azaltmağa və bütün dünyada milyonlarla insanın ömrünü uzatmağa kömək edə bilər.
Həddindən artıq duz qəbulu çoxdandır sağlamlıq üçün risk amili kimi tanınır, o, qan təzyiqini yüksəldir, insult, infarkt və böyrək xəstəlikləri riskini artırır.
ÜST gündə iki qramdan çox olmamaqla xörək duzu qəbulunu tövsiyə edir, lakin insanlar orta hesabla 4.3 qramdan çox - normadan iki dəfə çox qəbul edirlər.
ÜST alternativ qismində natriumun bir hissəsinin kaliumla əvəz olunduğu kalium tərkibli duzdan istifadə etməyi təklif edir. Bu, zərərli maddələrin qəbulunu azaltmaqla yanaşı, təzyiqi normallaşdırmağa kömək edən faydalı mineralların qəbulunu artırır.
Tədqiqatlar göstərir ki, belə bir keçid ürək-damar xəstəliklərinin sayını əhəmiyyətli dərəcədə azalda və milyonlarla insanın ömrünü uzada bilər.
Bu duzun əsas üstünlüyü ondan ibarətdir ki, dadına və xassələrinə görə adi duzdan praktiki olaraq fərqlənmir, ona görə də gündəlik kulinariyada istifadə etmək asandır.
"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)" teqi üzrə xəbərlər
- İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunu qəbul edib
- Sabiq prezident: "ABŞ-nin BMT-dən çıxmaq istəyi təşkilatın gəlirlərinin 20 faiz azalması deməkdir"
- ÜST-nin baş direktoru Trampın iddialarına cavab verib
- Baş direktor: "ABŞ maliyyə dəstəyini dayandırmaqla çox sayda insanın ölümünə səbəb olacaq"
- Trampın qərarından sonra ÜST bəzi işçilərinə erkən təqaüdə çıxmağı təklif edib