Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"TikTok"da "Bakcell" adından DƏLƏDUZLUQ
"TikTok" sosial şəbəkəsində "Bakcell" mobil operatorunun adından dələduzluq həyata keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
"Belə ki, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə 50GB internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir və "Abunə ol" düyməsinə kliklədikdə istifadəçilərdən bank kartı məlumatlarını daxil etmək tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir", - deyə ETX-nin məlumatında qeyd olunub.
"Bakcell" teqi üzrə xəbərlər
- "NEQSOL Holding" Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- "Bakcell" Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
- Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
- "Bakcell" "İnnovasiyalarla Müxtəlifliyə Doğru" tədbirinə dəstək oldu
- "Bakcell" "Birbank" istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edir