Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Premyer Liqa: "Səbail" - "Sabah" oyununda qalib müəyyənləşməyib
Misli Premyer Liqasının XXIII turunun bağlanış oyununda - "Səbail" və "Sabah" komandaları arasında baş tutan matçda qalib müəyyənləşməyib.
Oxu.Az xəbər verir ki, "ASCO Arena"da keçirilən görüşdə qapılara qol vurulmayıb.
17 xalı olan "dənizçilər" turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb. "Sabah" isə 32 xalla beşincidir.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Araz Naxçıvanı", "Qarabağ" "Neftçi"ni 1:0 hesabı ilə üstələyib. "Sumqayıt" isə evdə "Zirə"yə məğlub olub - 0:3. "Kəpəz" - "Şamaxı" qarşılaşması isə heç heçə bitib - 1:1.
Misli Premyer Liqasının XXIII turunda "Kəpəz" "Şamaxı" ilə heç-heçəyə razılaşıb.
Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Hesabı 49-cu dəqiqədə qonaq komandanın heyətində penalti zərbəsindən Brahim Konate açıb. 5 dəqiqə sonra qarşılaşmanın yekun nəticəsini müəyyənləşdirən qol vurulub. Rüfət Abbasovun avtoqolu gəncəlilərə 1 xal qazandırıb.
"Kəpəz" 19 xalla 9-cu yerdə qərarlaşıb. Bir pillə yuxarıda olan "Şamaxı"nın 21 xalı var.
Turun son matçı "ASCO Arena"da "Səbail"lə "Sabah" arasında baş tutacaq. Saat 19:00-da start götürəcək görüşü Rəşad Əhmədov idarə edəcək.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində "Turan Tovuz" "Araz Naxçıvan"ı, "Qarabağ" "Neftçi"ni 1:0 hesabı ilə üstələyib. "Sumqayıt" isə evdə "Zirə"yə məğlub olub - 0:3.
Bu gün Misli Premyer Liqasında XXIII tura keçiriləcək iki görüşlə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, son oyun günündə "Kəpəz" "Şamaxı"nı saat 16:00-da, "Səbail" isə "Sabah"ı saat 19:00-da qəbul edəcək.
Xatırladaq ki, turun digər oyunlarında "Turan Tovuz" "Araz-Naxçıvan"ı və "Qarabağ" "Neftçi"ni 1:0, "Zirə" "Sumqayıt"ı isə 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, aktivində 56 xalı olan "Qarabağ" turnir cədvəlinin vahid lideridir. "Araz-Naxçıvan" 44 xalla ikinci pillədə qərarlaşıb. "Zirə" 42 xalla ilk üçlüyü qapayır. 4-cü yerdəki "Turan Tovuz"un 39 xalı var. "Sabah" 31 xalla 5-ci, "Neftçi" 24 xalla 6-cıdır. 22 xalı olan "Sumqayıt" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Şamaxı" 20 xalla 8-ci, "Kəpəz" isə 18 xalla 9-cudur. 10-cu yerdəki "Səbail"in isə 16 xalı var.
17 fevral
Misli Premyer Liqası
XXIII tur
Saat 16:00, "Kəpəz" - "Şamaxı";
Saat 19:00, "Səbail" - "Sabah".
"Turan Tovuz FK" teqi üzrə xəbərlər
- 21 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi bəlli oldu
- "Neftçi"nin təcrübəli yarımmüdafiəçisi zədə səbəbindən millinin Haiti ilə oyununu buraxa bilər
- Klubların reytinqi: "Qarabağ" və "Zirə" gerilədi, "Sabah" 61 pillə irəliləyib
- Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"la bərabərə qaldı
- AFFA "Turan Tovuz"u yenə cəzalandırdı