Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Həbib Nurməhəmmədov Liverpulda PSJ-yə azarkeşlik edib
Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov Çempionlar Liqasının 1/8 final mərhələsinin "Liverpul" - PSJ cavab oyununu tribunadan canlı izləyib.
Oxu.Az xəbər verir ki, tanınmış idmançı Fransa klubuna azarkeşlik edib. O, tribunada Fransa klubunun sabiq yarımmüdafiəçisi İdrissa Geye ilə yanaşı əyləşib.
Rusiyalı döyüşçü PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi ilə də görüşüb. Nurməhəmmədov sosial şəbəkədə yazıb: "PSJ əla iş gördü".
Qeyd edək ki, "Enfild"də keçirilən görüşün əsas və əlavə vaxtı 1:0 hesabı ilə parislilərin xeyrinə başa çatıb. Penaltilər seriyasında 4:1 hesabı ilə qalib gələn PSJ 1/4 finala yüksəlib.