Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyə və Azərbaycan arasında təbii qaz yatağı ilə bağlı əməkdaşlıq müqaviləsi təsdiq edilib
Türkiyə və Azərbaycan arasında təbii qaz yatağı ilə bağlı əməkdaşlıq müqaviləsi təsdiq edilib
Oxu.Az-ın məlumatına görə, bu barədə "Resmi Gazete"də xəbər verilib.
Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təsdiqi ilə ümumilikdə altı beynəlxalq anlaşma və iki memorandum imzalanıb. Bu müqavilələrdən ikisi Azərbaycanla bağlıdır.
Sazişlərdən biri Azərbaycanla tikintidə vahid qiymət təyini sisteminə aiddir.
"22 dekabr 2022-ci ildə Ankarada imzalanmış bu anlaşma Türkiyə ilə Azərbaycan arasında tikinti sektorunda vahid qiymət sisteminin formalaşdırılması və normativ bazanın təkmilləşdirilməsini hədəfləyir", - deyə nəşrdə bildirilir.
Bundan əlavə, Azərbaycanla Türkiyə arasında 14 may 2024-cü ildə imzalanmış təbii qaz sahəsində əməkdaşlıq anlaşması da "Resmi Gazete"də yayımlanaraq təsdiq edilib.
"Azərbaycan-Türkiyə münasibətləri" teqi üzrə xəbərlər
- Türkiyəli generaldan XƏBƏRDARLIQ: "Ermənistan müharibə istəsə, tarixin ən ağır bədəlini ödəyəcək"
- Azərbaycan-Türkiyə tandemi daha geniş coğrafiyada - "Kaspi"nin TƏHLİLİ
- Siyasi partiya nümayəndələri, politoloq və digər ekspertlər azad olunan ərazilərə səfər ediblər
- "Azərbaycan məhəlləsi"ndə işlər yekunlaşır: 1 323 mənzilin tikintisi bitib, açarlar təhvil veriləcək
- Türkiyədən Naxçıvana qaz ixrac ediləcək