Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər.
İki ölkə arasında ali və yüksək səviyyədə mövcud siyasi dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin münasibətlərimizin daha da gücləndirilməsinə töhfə verdiyi vurğulanıb.
Cari ildə bu kimi siyasi təmasların daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
"Ceyhun Bayramov" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov: "Azərbaycan Suriyanın bərpasına əlindən gələn dəstəyi göstərəcək"
- Ceyhun Bayramov: "Ermənistanla sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb"
- Azərbaycan və İran XİN başçıları regional məsələləri müzakirə ediblər
- Qazaxıstan prezidenti Azərbaycanın xarici işlər nazirini qəbul edib
- Ceyhun Bayramov Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru ilə görüşüb