Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Real Madrid"in ulduzu "Atletiko Madrid"lə görüşü buraxa bilər
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda bu gün "Atletiko Madrid"lə qarşılaşacaq "Real Madrid"in ulduzu Kilian Mbappe görüşü buraxma təhlükəsi ilə üzləşib.
Oxu.Az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Xəbərdə bildirilib ki, fransız hücumçu əzələ narahatlığı səbəbindən məşqin bir hissəsini buraxıb. Əvvəlcə onun oyunda iştirak edəcəyi bildirilirdi.
Dünən baş tutan məşq zamanı futbolçunun vəziyyəti ilə bağlı narahatlıq artıb və klub artıq o qədər də optimist deyil.
Qeyd edək ki, Mbappenin oyunda iştirak edib-etməyəcəyi oyunöncəsi isinmə hərəkətlərindən sonra müəyyənləşəcək.