Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

XII Qlobal Bakı Forumu növbəti panel müzakirəsi ilə davam edir
XII Qlobal Bakı Forumu çərçivəsində növbəti panel müzakirəsi keçirilir.
Oxu.Az xəbər verir ki, çıxışçılar "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" mövzusunu müzakirə edirlər.
XII Qlobal Bakı Forumu çərçivəsində "Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı" mövzusunda panel müzakirəsi keçirilib.
Oxu.Az xəbər verir ki, bir neçə dəqiqə sonra forum müzakirələrlə davam edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu işini panel iclaslarla davam etdirir.
Oxu.Az xəbər verir ki, Gürcüstanın baş nazirinin sabiq müavini Eka Tkeşelaşvilinin moderatorluğu ilə keçirilən "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı" adlı panel iclasında əvvəlcə Avropa İttifaqı Şurasının sabiq prezidenti, Belçikanın keçmiş baş naziri Şarl Mişel çıxış edəcək.
İclasda, həmçinin Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqanın, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun, Çin Hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə sabiq müavini, Çinin Almaniyadakı keçmiş səfiri Vu Honqbonun, ARTOC İnvestisiya və İnkişaf Qrupunun sədri və icraçı direktoru Şafik Qabrin, Yunanıstan baş nazirinin nümayəndəsi, Avropa İttifaqı (Aİ) Komissiyasının Miqrasiya, daxili işlər və vətəndaşlıq üzrə keçmiş komissarı, Yunanıstanın keçmiş xarici işlər və milli müdafiə naziri Dimitris Avramopoulosun çıxışları dinləniləcək.
"Gülüstan" sarayında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu işinə başlayıb.
Oxu.Az xəbər verir ki, tədbir martın 15-dək davam edəcək. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.
XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunacaq. Tədbir beynəlxalq liderləri bir araya gətirərək qlobal siyasət, təhlükəsizlik, texnologiya və sülh kimi məsələlərin müzakirəsinə şərait yaradacaq.
Forumda "Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı", "Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması" və "Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzularında panellər təşkil olunacaq. Sülhə və barışığa töhfə verən ictimai xadimə 2025-ci il "Nizami Gəncəvi" Beynəlxalq Mükafatı təqdim ediləcək.
Bundan əlavə, "Sülhə gedən yol", "Yeni dünya nizamında orta güclər" və "Sülh - münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyaları keçiriləcək. "COP29:Belem üçün sıçrayış - Transformasiyanın sürətləndirilməsi" və "Avropanın gələcəyi" mövzuları gecə sessiyalarında müzakirə olunacaq.
Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzində olacaq. Xüsusilə, "Yeni dünya üçün yeni texnologiyalar", "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdə vacib mövzuları əhatə edəcək. Forumun ən diqqətçəkən hissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən "Gənclər danışsın, biz dinləyək" paneli olacaq.
Daha çox foto burada: PhotoStock.az
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Rebeka Qrinspanı qəbul edib
- İsrail əsir götürülmüş livanlı hərbçini azad etdi
- Srgjan Kerim: "BMT TŞ-nin tərkibi dəyişməlidir, nizamnamə müqəddəs kitab deyil"
- Albaniya prezidenti: "Bakı forumu qlobal çağırışlar fonunda əhəmiyyətli hadisədir"
- ÜST rəhbəri: "Çətin danışıqlara baxmayaraq, COP29-da uğur əldə edildi"